Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səfir: Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı iqtisadi artıma və təhlükəsizliyə töhfə verəcək

17.11.2026 [12:29]

Xəbərin mətni

Böyük Britaniya və Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan strateji tərəfdaşlıq uzunmüddətli dostluğumuzun möhkəm təməlləri üzərində qurulub. Birgə Bəyannamə iqtisadi artıma təkan verəcək, təhlükəsizliyi gücləndirəcək və innovasiyaları təşviq edəcək. Həmçinin Azərbaycan və Böyük Britaniya vətəndaşları üçün real faydaları olacaq. Bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında deyib.