Səfir: Azərbaycan müdafiə və təhlükəsizlik baxımından dəyərli tərəfdaşdır
17.11.2026 [12:36]
Xəbərin mətni
Azərbaycan müdafiə və təhlükəsizlik baxımından Böyük Britaniya üçün dəyərli tərəfdaşdır. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakerin Azərbaycana səfəri bu tərəfdaşlığa verilən önəmi bir daha göstərib. Bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında deyib.