Müstəqilliyə gedən yol necə başladı?
17.11.2026 [15:10]
Xəbərin mətni
Bəzən bir hadisə bütöv bir xalqın taleyini dəyişir. 1988-ci il noyabrın 17-də Azadlıq meydanında başlanan xalq hərəkatı müstəqilliyə gedən yolda dönüş nöqtəsi oldu. Sovet rəhbərliyinin narahatlığı ilə dekabrın 3-dən 4-nə keçən gecə meydana qoşun yeridilsə də, bu sərt müdaxilə xalqın azadlıq iradəsini qıra bilmədi. Milli azadlıq hərəkatı dövlətçilik rəmzlərinin bərpası ilə də tarixə düşdü. 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə tarixi qərar qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin Üçrəngli Bayrağı dövlət bayrağı kimi təsdiqləndi.