Cəbrayıl sakini: Doğma yurda qayıdandan sonra arzularımızı həyata keçirəcəyik
17.11.2026 [10:02]
Xəbərin mətni
“Böyük Qayıdış” Proqramı çərçivəsində Cəbrayıl rayonunun Soltanlı kəndinə köçürülən keçmiş məcburi köçkünlər arasında Birinci Qarabağ müharibəsinin veteranı Namiq Orucov da var. Doğma yurda qayıdış sevincini yaşayan Namiq Orucov uzun illərdən sonra kəndlərinə dönməyin onda xüsusi hisslər oyatdığını bildirib.