Anar Əliyev: Dövlət və icmal büdcə layihələri gələn il də öz sosialyönümlülüyünü saxlayacaq
17.11.2026 [16:54]
Xəbərin mətni
Dövlət və icmal büdcə layihələri gələn il də öz sosialyönümlülüyünü saxlayacaq, əhalinin sosial müdafiəsi və məşğulluq imkanlarının daha da gücləndirilməsi üçün ciddi maliyyə təminatı yaradacaq. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, sayca altıncı sosial islahat paketi ilə bağlı 2027-ci ilin dövlət və icmal büdcə layihələrində müvafiq maliyyə təminatı yaradılıb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin noyabrın 17-də keçirilən iclasında çıxışı zamanı deyib.