XİN rəsmisi: Fransa hökumətini qərəzli yanaşmadan əl çəkməyə və Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırırıq
19.11.2026 [10:32]
Xəbərin mətni
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin və xarici ticarət və iqtisadi cəlbedicilik məsələləri üzrə səlahiyyətli nazirin Azərbaycana qarşı son iddiaları tamamilə qəbuledilməzdir. Fransanın nümayiş etdirdiyi selektiv yanaşma, birtərəfli qiymətləndirmələri və siyasi motivli narrativlərə əsaslanmaqda davam etməsi regionda sülh gündəliyinin irəliləməsinə xidmət etmir. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.