Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçmiş məcburi köçkün: Böyük fəxrlə doğma yurda dönürük

19.11.2026 [10:13]

Xəbərin mətni

Mən Zəngilandan çıxanda 32 yaşım var idi. İllərdir bu günün həsrəti ilə yaşayırdıq. Allah Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı və rəşadətli Ordumuzu qorusun. Allah Vətən uğrunda canlarından keçən şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun, qazilərimizə cansağlığı versin. Onların qəhrəmanlığı və fədakarlığı sayəsində bu tarixi günlər bizə qismət oldu. Bunu AZƏRTAC-a açıqlamasında “Böyük Qayıdış” Proqramı çərçivəsində Zəngilan rayonunun yenidən qurulan Cahangirbəyli kəndinə köçmək üçün bu gün yola salınan növbəti köç karvanının iştirakçısı, keçmiş məcburi köçkün Əjdər Alıyarov söyləyib.