Hasil Abbasov: Əmək bazarının və biznesin ana sütunlarından biri özəl sektordur
19.11.2026 [11:37]
Xəbərin mətni
Azərbaycanda ilk dəfə keçirilən Dövlət-Biznes Əməkdaşlıq Forumunun xüsusi əhəmiyyəti və özəlliyi var. Belə ki, bu forumda dövlət qurumlarının fəaliyyətləri, onların biznesə dəstək mexanizmləri, əməkdaşlıq imkanları, eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumların işəgötürənlərə verdiyi dəstək alətləri, əmək bazarında biznes birliklərinin, assosiasiyalarının rolu, sosial məsuliyyət və birgə təşəbbüslər istiqamətində müzakirələr təşkil ediləcək. Bunu jurnalistlərə müsahibəsində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov deyib.