Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aqronomiya və bitki sağlamlığı sahəsində elmi biliklərlə praktiki təcrübə arasında əlaqənin gücləndirilməsi müzakirə olunub

20.11.2026 [14:17]

Xəbərin mətni

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə “Aqronomiya və bitki sağlamlığı: Elmdən təcrübəyə” mövzusunda konfrans keçirilib. Konfransda kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, FAO rəhbərinin proqram üzrə köməkçisi Bariz Mehdiyev, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi və əməkdaşları, eləcə də dövlət və özəl sektorda fəaliyyət göstərən aqronomlar iştirak ediblər.