Azərbaycan Dövlət İnformasiya Agentliyi

FAO nümayəndəsi: Bitki sağlamlığı kənd təsərrüfatı üçün vacib məsələdir

20.11.2026 [14:49]

Xəbərin mətni

Bitki sağlamlığı kənd təsərrüfatı üçün olduqca vacib məsələdir. Fermer və fərdi əkinçilər bu məsələni daim diqqətdə saxlamalıdırlar. İqlim dəyişmələri bitki sağlamlığına ciddi təsir göstərən amillərdən biridir. Bu sözləri Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkil etdikləri “Aqronomiya və bitki sağlamlığı: Elmdən təcrübəyə” mövzusunda keçirilən konfransda çıxış edən FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin Rəhbərinin Proqram üzrə köməkçisi Bariz Mehdiyev deyib.