Azərbaycan Dövlət İnformasiya Agentliyi

Özbəkistanda Şah İsmayıl Xətai adına mərkəz açılıb, Xətai və Əmir Teymur irsi müzakirə edilib

20.11.2026 [17:10]

Xəbərin mətni

Özbəkistanın Qaşqadərya vilayətində keçirilən “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində Şəhrisəbz Dövlət Pedaqoji İnstitutunda Şah İsmayıl Xətai adına Azərbaycan Dili və Ədəbi İrsi Mərkəzinin açılış mərasimi keçirilib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında yaradılan mərkəzin açılışında elm, təhsil və mədəniyyət nümayəndələri, institutun professor-müəllim heyəti və ictimaiyyət təmsilçiləri iştirak ediblər.