Ermənistan hərbi birləşmələrinin komanda-qərargah məntəqəsi darmadağın edilib
04.04.2016 [16:29]
Xəbərin mətni
Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən Ermənistan silahlı qüvvələrinin komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.