Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yerli və xarici jurnalistlər Ermənistan hərbi birləşmələrinin atəşinə məruz qalan yaşayış məntəqələrinə səfər ediblər

29.04.2016 [17:07]

Xəbərin mətni
Aprelin 29-da Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə yerli və xarici KİV-lərin təmsilçiləri ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələrinin yaşayış məntəqələrinə endirdiyi artilleriya atəşləri nəticəsində mülki əhaliyə dəyən ziyanın nəticələri ilə yerində tanış olmaq üçün cəbhəboyu zonaya səfər ediblər.