Azərbaycan Dövlət İnformasiya Agentliyi

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq

14.10.2026 [14:48]

Xəbərin mətni

Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun oktyabrın 13-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) “Etimadın qurulması və demokratiyanın möhkəmləndirilməsi üzrə Qlobal Forumun”da çıxışı zamanı növbəti dəfə Azərbaycanı əsassız iddialarla hədəf almasını qətiyyətlə pisləyirik. AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının tədbirində Azərbaycan əleyhinə səsləndirdiyi iddiaya münasibət bildirərkən deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI