Qeyri-adi məkanda dincəlmək istəyənlər üçün maraqlı təklif -“butulka ev”
15.12.2016 [12:20]
Xəbərin mətni
Xaçmaz rayonunun Nabran kənd sakini Baləhməd Xanbabayev tikdiyi butulkalı evdə turistlərin dincəlməsi üçün lazımi şərait yaradıb. 75 yaşlı Baləhməd Xanbabayev butulkalı evin inşasına 4 il vaxt sərf edib. Evin layihəsi özünə məxsusdur. Tikinti materialı kimi istifadə etdiyi butulkaları yığmaq asan başa gəlməyib. Bu işdə ona azyaşlı uşaqlar və dostları kömək edib.