Azərbaycan Dövlət İnformasiya Agentliyi

İçərişəhərdə “Qış qalası” yeni il yarmarkası

20.12.2016 [15:12]

Xəbərin mətni
Dekabrın 20-də Qoşa qala qapısı meydanında “Qış qalası” adlı yeni il yarmarkası öz işinə başlayıb. Yarmarka “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən şəhərimizin bayram əhvalına öz töhfəsini vermək, eləcə də yeni il yarmarkası ənənəsini dəstəkləmək məqsədilə təşkil edilib.