Müdafiə Nazirliyi: Ermənilərin Azərbaycan Ordusunun təxribat törətməsinə dair yaydığı məlumat yalandır
02.02.2017 [10:29]
Xəbərin mətni
Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib.