ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatası Xocalı soyqırımını tanıyan bəyannamə qəbul edib
24.02.2017 [11:12]
Xəbərin mətni
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, Nümayəndələr Palatasının təxsisatlar komitəsinin sədri Don Şuter tərəfindən Palatanın plenar iclasında oxunan və yekdilliklə qəbul edilən bəyannamə plenar iclasda iştirak edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edilib. Palatanın bütün üzvləri Xocalı qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq, bəyannamənin oxunmasını ayaq üstündə dinləyiblər.