Müdafiə Nazirliyi əsgər valideynlərinə müraciət edib
03.07.2017 [13:20]
Xəbərin mətni
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə hərbi qulluqçuların təhlükəsizliyi naminə telefon əlaqəsi və sosial şəbəkələrdən istifadə zamanı hərbi xidmət barədə müzakirələr aparmamaq, hərbi hissə, onların yerləşmə yerləri, silah-sursatı, hərbi texnikası haqqında və hərbi qulluqçulara dair fotoşəkilləri paylaşmamaq tövsiyyə olunur.