MƏDƏNİYYƏT
Bakıda turizm işçilərinin peşə bayramı qeyd olunub
27.09.2017 [15:32]
Xəbərin mətni
Sentyabrın 27-də “JW Marriott Absheron Baku” hotelində Dünya Turizm Günü və Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizmin ölkəmizdəki sürətli inkişafından danışıb. Bu inkişafın Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını söyləyən nazir son illər bu istiqamətdə görülən işlərdən, qəbul olunan dövlət proqramlarından, imzalanan fərman və sərəncamlardan, bu sahədə reallaşan layihələrdən söz açıb.