Azərbaycana ilk qar yağıb
28.09.2017 [11:46]
Xəbərin mətni
Ötən gecədən başlayaraq Quba və Qusarın yüksək dağlıq ərazilərinə qar yağıb.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, ən çox yağıntı Qubanın Xınalıq kəndinə düşüb. Burada qarın hündürlüyü 12 santimetrə çatıb. Qırız kəndində 11, Qusarın Ləzə kəndində isə 2 santimetr qar qeydə alınıb.
Qarın yağması ilə əlaqədar şimal bölgəsində hava soyuyub, dağlıq ərazilərdə gecə saatlarında temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.