Tank bölmələri döyüş vərdişlərini təkmilləşdirir
01.12.2017 [18:09]
Xəbərin mətni
Müdafiə nazirinin təsdiq etdiyi 2017-ci il döyüş hazırlığı planına əsasən Silahlı Qüvvələrin bütün tank bölmələrində döyüş atışlı məşqlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, taktiki məşqlərin və təlimlərin əsas məqsədi tank bölmələrinin çətin keçilən ərazilərdə idarə edilməsi, real döyüş şəraitində uğurlu tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.