MƏDƏNİYYƏT


Tərəkəmə mətbəxi: Bağır-beyin

Azərbaycan milli mətbəxinin unudulmaqda olan yeməklərindən biri bağır-beyindir. Ölkəmizdə əsasən heyvandarlıqla məşğul olan əhalinin bişirdiyi bağır-beyin qədim zamanlardan Qarabağ camaatının, xüsusən də tərəkəmələrin çox məşhur yeməklərindəndir. Bağır-beyin tərəkəmələrin ən əziz qonaqlar üçün hazırladıqları yeməklərdəndir. Bu yemək keçmişdə hörmətli qonaqlar, bəylər üçün bişirilərdi. Əgər quzu kəsilib bişirilirdisə, mütləq bağır-beyin də hazırlanmalı idi. Bağır-beyin süfrəyə boşqabda verilir, yuxa ilə yeyilir. Çox qüvvətli, kalorili yeməkdir.