SİYASƏT


Mövqelərimiz 118 dəfə atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 118 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Tovuz rayonunun Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır