MƏDƏNİYYƏT


“ABAD” keramika üzərində gözəl miniatürlər yaradan gəncəli sənətkara dəstək olub

Gəncə şəhərinin ABAD tərəfindən dəstəklənən sakini Nağı Nağıyev keramika ustasıdır. Onun milli üslublarda hazırladığı boşqab, kuzə və müxtəlif təyinatlı süfrə qabları kimi əl işləri orijinal görkəmə malikdir. AZƏRTAC xəbər verir ki, dahi Nizami Gəncəvinin “Xəmsə”sindən ilham alan Nağı Nağıyevin təqdim etdiyi əl işlərinin üzərində “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Yeddi gözəl” kimi poemalardan götürülmüş müxtəlif obrazlara rast gəlmək olar.