Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın şimal bölgəsinə 13 santimetrədək qar yağıb

10.01.2018 [11:42]

Xəbərin mətni
Quba və Qusar rayonları ərazisinə 10 santimetrdən çox qar yağıb. Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, dağlıq ərazilərdə temperatur mənfi 14 dərəcəyədək aşağı düşüb. Qubanın Xınalıq kəndinə 10, Qırızda 13, Qusarın Ləzə kəndində 12, Xızının Altıağac qəsəbəsində isə 7 santimetr qar yağıb. Ümumilikdə, şimal bölgəsində dağlıq ərazilərə düşən qarın hündürlüyü 4-13 santimetr təşkil edir.