Azərbaycanın turizm potensiyalı Ukraynanın televiziya kanalında
15.01.2018 [14:45]
Xəbərin mətni
“Ailə və romantik istirahət yeri”, “Türkiyə və Misirin yeni rəqibi” - Azərbaycan və Bakı haqqında söylənilən bu ifadələr Ukrayna telekanalı STB-nin məşhur “Зважені та щасливі” tele-şousunun finalında səslənib.
Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə AZƏRTAC-a bildirilib ki, final şousunu bu dəfə 13 milyon tamaşaçı izləyib.