SİYASƏT


XİN: BMT-nin baş katibinin ATƏT-in Minsk qrupunun fəaliyyətinin canlandırılması üzrə çağırışını təqdir edirik

BMT-nin baş katibi Antonio Quterreş tərəfindən BMT Baş Assambleyasının yanvarın 16-da keçirilən qeyri-rəsmi iclasında Avropada mövcud olan münaqişələr sırasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun fəaliyyətinin canlandırılması üzrə çağırışını təqdir edir və dəstəkləyirik. Bu fikri AZƏRTAC-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.