Azərbaycan Dövlət İnformasiya Agentliyi

Külli miqdarda xarici valyutanın sərhəddən keçirilməsinin qarşısı alınıb

20.01.2018 [14:40]

Xəbərin mətni
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, İran İslam Respublikasından gələrək Azərbaycandan tranzit keçməklə Rusiyaya “Gül kələmi” yükü aparan Rusiya vətəndaşı Karanaev Nurmaqomed Maqomedtaqiroviçin idarə etdiyi “Volvo FN 12” markalı E900XX05/AH264639 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda gömrük baxışı keçirilib.