Şəkidə xüsusi əhəmiyyətə malik avtomobil yolu yenidən qurulur
26.01.2018 [15:16]
Xəbərin mətni
Şəki rayonunda 50.9 km uzunluğunda olan Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolu yenidən qurulur. Yolun 21 km-i respublika əhəmiyətli R56 Kərimli avtomobil yoluna düşür. Bu üzdən yolun bu hissəsi 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq, yenidən qurulacaq. Yolun hərəkət hissəsinin eni 7 metr, çiyinlərin eni 2.5 metr olmaqla ümumi eni 12 metr təşkil edəcək.