SİYASƏT


Hər kəs ermənilərin öldürdüyü 2 yaşlı Zəhranın yerində öz balasını təsəvvür edə bilsə, hərbi münaqişələr bitər

Bu sözləri AŞPA sessiyasında “Hərbi münaqişələrdən zərər çəkən uşaqların qorunması” məruzəsinin müzakirələrinə qoşulan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib. Bu həssas mövzu ilə bağlı çıxış edən deputat əvvəlcə müharibələrin, hərbi münaqişələrin cəmiyyətə ən böyük zərbələrindən birinin məhz uşaqlara dəydiyini, bu vahimə hissinin onların sonrakı bütün həyatları boyu davam etdiyini vurğulayıb.