Jurnalistlər üçün inşa edilmiş ikinci binadakı mənzillərin açarları və sənədləri sahiblərinə təqdim edilib
30.01.2018 [15:06]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə jurnalistlər üçün tikilmiş ikinci binadan mənzil alan KİV nümayəndələrinə yanvarın 30-da sənədlərin və açarların təqdim edilməsi mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə keçirilən tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov iştirak edib.