SİYASƏT


XİN ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb

ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini xatırladan H.Hacıyev deyib: “Səfər çərçivəsində Krakov görüşündə irəli sürülən fikirlər əsasında ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar konkret müzakirələr aparılıb. Razılıq əldə olunub ki, Ermənistanda və Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra mövcud fikir və təkliflər əsasında intensiv danışıqlar davam etdirilsin.