Müdafiə Nazirliyi: Ermənistan ordusunun bir hərbi qulluqçusu məhv edilib, iki hərbçisi ağır yaralanıb
08.02.2018 [13:01]
Xəbərin mətni
Müdafiə Nazirliyi Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumatı şərh edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə düşmən tərəfin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb.