SİYASƏT


Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə keçirilib

Seminar-müşavirəni MSK-nın sədri Məzahir Pənahov açaraq qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin prezident seçkilərinin aprelin 11-nə təyin olunması ilə bağlı Sərəncamında Mərkəzi Seçki Komissiyasına seçkilərin hazırlanıb keçirilməsinin təmin olunması həvalə edilib. Seçki Məcəlləsinin tələbinə görə, MSK seçkilərin hazırlanıb keçirilməsinə məsul orqan kimi fəaliyyətə başlayıb.