ATƏT PA-nın sessiyasında erməni deputatın təxribatçı fikirlərinə tutarlı cavab verilib
23.02.2018 [10:58]
Xəbərin mətni
ATƏT Parlament Assambleyasının (ATƏT PA) 17-ci qış sessiyası çərçivəsində daimi komitənin iclasında Ermənistan nümayəndə heyətinin rəhbəri Hermine Nağdalyan Azərbaycan Prezidentinin azərbaycanlıların öz tarixi torpaqlarına geri qayıdacaqlarına dair fikrini Ermənistana xas ənənəvi şəkildə, təhrif olunmuş formada – Ermənistana qarşı ərazi iddiaları kimi təqdim edib.
AZƏRTAC xəbər verir ki, ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev erməni deputatın bu təxribatçı fikirlərinə tutarlı cavab verib. O, təəssüflə bildirib ki, Ermənistan nümayəndə heyəti sessiya iştirakçılarını çaşdırmağa və Azərbaycan Prezidentinin fikirlərini təhrif etməyə çalışır.