CƏMİYYƏT


Ədliyyə naziri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib

Fevralın 23-də ədliyyə naziri Fikrət Məmmədov Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində Cəbrayıl, Füzuli və Beyləqan rayonlarından olan vətəndaşların qəbulunu keçirib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.