SİYASƏT


Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayı keçirilib

Fevralın 27-də Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayı keçirilib. Fəttah Heydərov qurultayda yenidən Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilib. AZƏRTAC xəbər verir ki, qurultayda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak ediblər. Qurultayda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib ki, Ağsaqqallar Şurası ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə edən, onlara yol göstərən ağsaqqallardır.