Hikmət Hacıyev: Azərbaycanın beynəlxalq ictimaiyyətdən gözlədiyi ədalətin bərqərar olmasıdır
27.02.2018 [19:25]
Xəbərin mətni
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Xocalı soyqırımının 26-ci ildönümü ilə əlaqədar Türkiyənin TRT WORLD kanalına müsahibə verib.
AZƏRTAC xəbər verir ki, Hikmət Hacıyev Xocalı soyqırımının törədilmə səbəbləri, ağır nəticələri barədə danışıb. O deyib ki, Xocalı qətliamı Azərbaycan xalqının yaddaşında həkk olunmuş bir faciədir. Bir gecə içərisində günahsız insanlar amansızcasına qətlə yetirildilər.