İDMAN


Bədən Tərbiyəsi və İdman Günü təntənəli şəkildə qeyd olunub

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Bakıda, Fəvvarələr meydanında tədbir təşkil olunub. AZƏRTAC xəbər verir ki, tədbirdə 40-dan artıq idman federasiyası, idman təşkilatları və qurumları öz stendlərini nümayiş etdiriblər. Gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, MOK baş katibinin müavini Azər Əliyev, idmançılar və idman ictimaiyyətinin nümayəndələri stendlərlə tanış olub...