AFFA-nın XXV konfransı keçirilib
07.03.2018 [15:42]
Xəbərin mətni
Tədbirdə futbol üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsindəki uğurlu çıxışından bəhs edən videoçarx nümayiş olunub.
AFFA-nın prezidenti Rövnəq Abdullayev ötən il futbolun inkişafı istiqamətində görülən işlərdən danışaraq deyib: “Hesabat dövründə “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi çox sevindirici oldu. Bundan əlavə, Bakı 2019-cu ildə UEFA Avropa Liqasının final qarşılaşmasına ev sahibliyi etmək hüququ qazanıb.