SİYASƏT


Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlayıb

2018-ci il aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb. AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və Komissiya üzvləri seçki bülletenlərinin çapına başlanması ilə bağlı martın 24-də Milli Məclisin Mətbəəsində keçirilən tədbirdə iştirak ediblər.