SİYASƏT


Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının vahid koordinasiya şurası yaradılır

Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı müstəqil dövlətimizin qorunmasına və inkişafına xidmət etməlidir. Bu fikri Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepr şəhərində keçirilən forumunda Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev deyib.