Tovuz, Ağstafa və Qazax məktəbliləri şimal-qərb bölgəsinə yollanıblar
26.03.2018 [13:21]
Xəbərin mətni
Martın 26-da “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Tovuz, Ağstafa və Qazax rayonlarının hər birindən 40 nəfər IX-XI sinif şagirdi 5 bələdçi-müəllimin müşayiəti ilə şimal-qərb bölgəsinə yola düşüblər.
Yolasalma mərasimlərində rayon rəhbərliyi, rayonların təhsil şöbələrinin əməkdaşları və valideynlər iştirak ediblər.