Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır

11.06.2026 [19:41]

Xəbərin mətni

Azərbaycanda əkin sahəsinin 74 faizini taxıl və yem bitkiləri təşkil edir. Bu bitkilər aqrar istehsalının cəmi 11 faizini yaradır. Yəni faktiki olaraq biz daha çox torpaq resursumuzu daha az dəyər yaradan məhsullara ayırmışıq. AZƏRTAC xəbər verir ki, bunu Kənd təsərrüfatı naziri Məcnun Məmmədov iyunun 11-də Milli Məclisdə keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə dinləmədə çıxışı zamanı deyib.