Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanlıların Soyqırımı Günü Bolqarıstanda qeyd edilib

28.03.2018 [18:11]

Xəbərin mətni
Azərbaycanın Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə Bolqarıstanda akkreditə olunmuş diplomatik missiyaların əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri, Bolqarıstan vətəndaşı olan həmvətənlərimiz, azərbaycanlı tələbələr, “Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri iştirak ediblər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI