CƏMİYYƏT


Ağdaş rayonunda 12 minə yaxın əhalinin yol istifadəsi asanlaşdırılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq agentlik tərəfindən yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. u layihələr çərçivəsində Ağdaş rayonunda bu il reallaşdırılan 2 avtomobil yolundan daha biri Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yoludur.