MƏDƏNİYYƏT


Bakıda 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçirilir

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Iteca Caspian” və onun tərəfdaşı “ITE Group plc” şirkətlərinin təşkilatçılığı ilə gerçəkləşən ənənəvi sərgi Xəzəryanı regionda turizm sənayesinin ən böyük tədbiri sayılır. “AITF” Dünya Turizm Təşkilatı və Asiya-Sakit Okean Turizm Assosiasiyası tərəfindən dəstəklənir. “AITF 2018” sərgisinin tərəfdaş ölkəsi hər il mütəmadi olaraq öz milli stendi ilə çıxış edən Bolqarıstandır.