MƏDƏNİYYƏT


Bursa şəhərində Qara Qarayevin əsərlərindən ibarət konsert olub

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 2018-ci ilin “Qara Qarayev ili” elan olunması münasibətilə Türkiyənin Bursa şəhərində konsert keçirilib. AZƏRTAC xəbər verir ki, böyük bəstəkarların şöhrətli əsərləri Bursa Bölgə Dövlət Orkestri tərəfində maestro Yalçın Adıgözəlovun dirijorluğunda və soprano Nurdan Kuçukekmekçinin ifasında səslənib.