İDMAN


Formula-1 ilə əlaqədar Bakı şəhər halqası ərazisində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Formula-1 Azərbaycan Qran-Prisi zamanı nəqliyyatın hərəkəti üç ərazidə qadağan ediləcək. Bunlar İçərişəhər, Azadlıq Meydanı və BMT-nin 50 illiyi küçəsidir. Bu zonalara daxil olmaq üçün icazə sənədi almaq lazım gələcək. Bunu jurnalistlərə açıqlamasında BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.